bazar ertəsi 2 fevral 2026 - 18:38
Qurani-Kərimin bədii xətt üslubunda köçürülməsinin 6 ildən sonra başa çatması

Hövzə/ İraqlı tanınmış sənətkar və xəttat Əli Zaman, altı il fasiləsiz zəhmətdən sonra Qurani-Kərimi naxışlı xətt (kalliqrafiya) üslubunda köçürülməsini başa çatdırmışdır.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, bu fövqəladə əsər hər biri iki tərəfli olmaqla 302 vərəqdən ibarətdir. Hər bir vərəqin uzunluğu 4 metr (13 fut), eni isə 1,5 metrdir. İstifadə olunan vərəqlər yüksək qramajlı, perqament kağızına bənzər materialdan hazırlanıb. Ustad Əli Zamanın sifarişi ilə yumurta, qarğıdalı nişastası və zəj daxil olmaqla ənənəvi materialların qarışığından istehsal edilmişdir. Tərkibinin klassik olması və bu kağızların əl işi ilə hazırlanması Qurani-Kərimin bu əlyazma nüsxəsini son dərəcə xüsusi və bənzərsiz edir.

Qurani-Kərimin bu nüsxəsi İstanbul şəhərində yerləşən məscid muzeyində qorunub saxlanılır. 54 yaşlı sənətkar "Associated Press" agentliyinə verdiyi müsahibəsində bildirmişdir: Bu Qurani-Kərim haqqında hər düşündükdə içimdə çox gözəl bir hiss yaranır. Qadir Allahın mənə həyat, ruh və sənət zövqü bəxş etməsi sayəsində bu işi başlayıb və sona çatdırmağa nail oldum. Hazırda böyük qürur hissi keçirirəm.

Əli Zaman əlavə edib: 12 yaşlarında, ilk dəfə İraqda xəttatlıqla tanış olduğum zaman İslam xəttatlığına maraq göstərməyə başladım.

O deyib: "Xəttatlıq sənəti mənim üçün çox cəlbedici idi, öz ruhumu orada tapa biləcəyimi hiss edirdim və bu iş mənim varlığımın əks olunduğu bir güzgü idi."

Hər bir vərəq tamamilə əl işidir və usta Əli Zamanın sözlərinə görə, o altı il boyunca, səhər günəşin doğuşundan, günəşin batmasına qədər, İstanbulda Sultan Mihrimah məscidində onun üçün ayrılmış kiçik bir otaqda Qurani-Kərimi xəttlə yazmaqla məşğul olmuşdur.

Mənbə: ABC NEWS

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha